...

Estrada müğənnisi və bəstəkar M. Nasırov Moskvada vəfat edib

Dünya xəbərləri Materials 20 Yanvar 2007 14:29 (UTC +04:00)

Moskvada məhşur estrada müğənnisi və bəstəkar Murat Nasırov vəfat edib. Axşamçağı o, özünü beşinci mərtəbədə yerləşən mənzilinin eyvanından atıb. Bu, Vutetiça küçəsində, paytaxtın şimalında baş verib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Milisionerlərin sözlərinə görə, M. Nasırov əlində provoslav ikonası tutaraq eyvandan tullanıb, musiqiçinin narkotik sərxoşluq vəziyyətində özünəqəsd etməsi istisna olunumr. Müğənninin direktoru Aleksandr Skurixin bunu "bədbəxt hadisə adlandırıb", bunu "Exo Moskvı" xəbər verir.

M. Nasırov 90-cı illərdə məşhurlaşıb, ona populyarlığı "Malçiq xoçet v Tambov" şlyageri gətirib. M. Nasırovun 37 yaşı varmış.

Xəbər lenti

Xəbər lenti