...

Aşqabadda içməli su zavodu tikiləcək

Dünya xəbərləri Materials 23 Yanvar 2007 14:05 (UTC +04:00)

Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin artırılması məqsədilə Türkmənistan paytaxtında içməli su zavodunun tikintisi planlaşdırılır. Dövlət Xəbər Xidmətinə istinadən "Turkmenistan.ru" xəbər verir ki, müvafiq sərəncam Türkmənistan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Qurbanqulu Berdıməhəmmədov tərəfindən imzalanıb.

Sənədə müvafiq olaraq Aşqabad şəhərinin hakimliyi paytaxtda əhalini müntəzəm olaraq içməli su ilə təmin edəcək zavodun layihələndirilməsi və tikintisi üçün Türkiyənin "Polimeks Insaat Tahhut we Sanai Tijaret A.S." firması ilə müqavilə bağlayacaq.

Layihənin ümumi dəyəri ƏDV çıxmaq şərtilə 28 mln. ABŞ dolları təşkil edir. Trend xəbər verir ki, obyektin istismara verilməsi müddəti 2008-ci ilin oktyabrı göstərilib.

Xəbər lenti

Xəbər lenti