...

Livan müxalifəti etiraz aksiyalarının dayandırıldığını bildirib

Dünya xəbərləri Materials 24 Yanvar 2007 15:41 (UTC +04:00)

Livan müxalifəti etiraz aksiyalarının dayandırılması barədə bildirib. Beyrut ətrafında nəqliyyat arteriyalarında salınmış blok-məntəqələr götürülüb, o cümlədən Livan paytaxtının beynəlxalq aeroportuna olan yol açılıb. "RBK"ya istinadən Trend xəbər verir ki, müxalifət hərəkatlarının bəyanatına görə, etiraz aksiyaları yalnız müvəqqəti olaraq dayandırılıb və yaxın vaxtlarda yenidən bərpa olunacaq.

Xatırladaq ki, Livanda kütləvi iğtişaşlar nəticəsində 3 nəfər həlak olub, 13 nəfər yaralanıb. Bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Livanda ümumi tətillər bu il yanvarın 23-də başlayıb. Aksiya başda radikal şiə hərəkatı "Hizbullah" olmaqla müxalifət alyansının çağırışı ilə keçirilir. Tələb baş nazir Fuad əs-Sinyoranın istefasına və milli birliyi təmsil edən hökumətin formalaşdırılmasına, mühüm hökumət qərarlarına veto qoymaq hüququna nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti