...

Dünyada ən bahalı benzin Türkiyədədir

Dünya xəbərləri Materials 25 Yanvar 2007 17:03 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, dünyada ən bahalı benzin Türkiyədə satılır. Əsas səbəb kimi dövlətin neft məhsullarına qoyduğu yüksək vergilər göstərilir.

Trend in Ankaradakı xüsusi müxbirinin verdiyi xəbərə görə, Türkiyənin Energetika Nazirliyinin məlumatına əsasən benzinə qoyuln vergi onun qiymətinin təxminən 67%-i təşkil edir. Beləliklə dövlət 100 Türkiyə lirəsi ödəyən hər benzin alıcısına 67 Türkiyə lirəsi ölçüsündə vergi qoyur.

Hazırda Energetika Nazirliyi Türkiyənin xarici ticarət İdarəsi və Maliyyə nazirliyi ilə birgə ölkədə benzin satışına dövlət vergisinin endirilməsi imkanlarını nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti