...

Antiqua bayrağı altında üzən gəmi Gürcüstanın ərazi sularında saxlanılıb

Dünya xəbərləri Materials 30 Yanvar 2007 10:15 (UTC +04:00)

Gürcüstan sərhədçiləri Gürcüstanın ərazi sularında qaydaları pozduğu üçün Antiqua bayrağı altında (Karib adaları) üzən "Karla" gəmisini saxlayıb.

Trend in Tbilisidəki müxbirinə sərhəd polisindən bildiriblər ki, gəmi 50 min lari məbləğində cərimələnib. Gəmidə 12 nəfər olub. Gəminin kapitanı Ukrayna vətəndaşıdır, heytin 5 üzvü fillipinli, 2 üzvü iranlı, 2 üzvü rusiyalı, 1-i Almaniya, 1-i Ukrayna vətəndaşıdır. Cərimənin məbləği ödənilənə qədər gəmi Poti limanında reyddə saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti