...

Baş nazir Ukraynanın AB-yə üzvlüyü perspektivinin müəyyən edilməsini prinsipial hesab edir

Dünya xəbərləri Materials 6 Fevral 2007 19:17 (UTC +04:00)

Ukraynanın baş naziri Viktor Yanukoviç Ukraynanın AB-yə üzvlüyü perspektivinin müəyyən edilməsini prinsipial hesab edir. Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu barədə bu gün V.Yanukoviç Ukrayna - AB Üçlüyü iclasında bəyan edib.

"Ukraynada AB-nə üzv olmaq üçün əsas strateji məqsəd üzrə ictimai konsensus mövcuddur. Prezident, Ali Rada və hökumət bu məsələ ilə bağlı ümumi mövqeyə malikdir", deyə V. Yanukoviç bildirib.

Baş nazir hökumət üçün prioritet məsələnin Ukrayna-AB fəaliyyət planının yerinə yetirilməsi olduğunu qeyd edib. "Bizim üçün sizdən, cənab Ştaynmayerdən Ukraynanın Avropa perspektivlərinin yeni razılaşmada necə əks olunacağı barədə eşitmək vacibdir. Bizim üçün bu prinsipial olaraq vacibdir", - V.Yanukoviç deyib.

Xəbər lenti

Xəbər lenti