...

Planetin əhalisi qocalmaqda davam edir

Dünya xəbərləri Materials 7 Fevral 2007 16:25 (UTC +04:00)

Hazırda dünya dinamik demoqrafik dəyişikliklər dövrünü yaşayır. Bu barədə BMT-nin əhali və inkişaf üzrə Komissiyasına baxılmaq üçün göndərilmiş BMT-nin yeni məruzəsində qeyd olunub. O, öz işinə aprelin 9-da BMT-nin Nyu-Yorkdakı qərargahında başlayıb.

Dünya demoqrafik tendensiyaları haqqında yeni məruzədə qeyd olunub ki, 2007-ci ilin iyuluna qədər dünya əhalisinin ümumi sayı 6,6 milyard nəfərə çatacaq, bu isə 1950-ci ildə 2,5 milyard nəfərdən ibarət göstəricidən iki yarım dəfədən çoxdur. Bu barədə Trend www.un.org saytına istinadən xəbər verir.

Məruzənin müəllifləri diqqəti bir məsələyə yönəldiblər ki, planetin əhalisi qocalır. Dünya miqyasında 60 yaşdan yuxarı insanların sayı yarım əsr ərzində üç dəfə çoxalacaq və 2007-ci ildə 705 milyon nəfərə, 2050-ci ildə isə təxminən 2 milyard nəfərə çatacaq. Sənəddə qeyd olunub ki, planetin şəhər sakinlərinin sayı artır və sənaye cəhətdən inkişaf etmiş doğumun sayı azalmaqda davam edir. Bu ölkələrdə demoqrafik vəziyyəti miqrantlar xilas edir.

Hazırda demək olar ki, bütün inkişaf etmiş ölkələrdə doğumun səviyyəsi əhalinin artımının təmin olunması üçün tələb olunandan xeyli aşağıdır.

Vəziyyəti miqrantlar xilas edir. Onların sayı 191 milyon nəfərə çatıb. Onlar nisbətən az sayda ölkələrdə cəmlənib və 41 ölkənin əhalisinin ümumi sayının ən azı 20 faizini təşkil edirlər. Miqrantların yüksək təmərküzü Körfəz ölkələri əməkdaşlıq şurasının üzv-dövlətlərində və Honkonqda, Çində, İsraildə, İordaniyada, Sinqapur və İsveçrədə qeydə alınıb. Avstraliya və Səudiyyə Ərəbistanında əhalisinin ümumi sayı 10 milyon nəfərdən çox olan ölkələrdə, miqrantlar sakinlərin ümumi sayının ən azı beşdə birini təşkil edir.

Gələcəkdə planet əhalisinin əsas artımı şəhərlərdə baş verəcək. 2008-ci ildə tarixdə ilk dəfə Yerin insanlarının yarısı şəhərlərdə yaşayacaq. Ehtimal olunur ki, 1950-ci ildən kəskin şəkildə artmağa başlayan və 2005-ci ildə 732 milyon nəfərdən təxminən 3,2 milyard nəfərə çatan şəhər sakinlərinin ümumi sayı 2030-cu ildə 4,9 milyard nəfərə çatacaq.

Məruzədə vurğulanır ki, XXI əsrin sonrakı mərhələlərində bu demoqrafik tendensiyaların nəticələri bütün ölkələrin ictimaiyyəti üçün yeni imkanlar açacaq, lakin bu zaman onlar üçün əlavə çətinliklər yaradacaq.

Xəbər lenti

Xəbər lenti