...

İran İraqa silah tədarük etməsi barədə ABŞ-ın iddialarını qəti şəkildə təkzib edir

Dünya xəbərləri Materials 15 Fevral 2007 16:54 (UTC +04:00)

Trend xəbər verir ki, İranın müdafiə naziri Mustafa Məhəmməd-Nəccar çərşənbə günü ölkəsinin İraqa silah tədarük etməsi barədə ABŞ-ın iddialarını qəti şəkildə təkzib edib.

"İRNA" agentliyinə müsahibəsində briqada generalı M.Məhəmməd-Nəccar İranın İraqa silah və hərbi sursat tədarük etməsi barədə ABŞ-ın iddialarını "tamamilə yalan" adlandırıb.

Onun sözlərinə görə, bu ittihamlar "Yaxın Şərq regionu ölkələri arasında ziddiyyətin yaradılmasına yönəlmiş psixoloji müharibənin elementləridir".

Xəbər lenti

Xəbər lenti