...

Ukrayna yanvar ayında neft tranzitini 29,5% artırıb, qaz tranzitini isə 5,8% azaldıb

Dünya xəbərləri Materials 16 Fevral 2007 12:01 (UTC +04:00)

Ukrayna neft kəmərləri sistemi ilə neft tranziti cari ilin yanvar ayında 2006-cı ilin yanvar ayı ilə müqayisədə 29,5% artıb.

Trend in Kiyev müxbiri xəbər verir ki, bu barədə Ukrayna Dövlət Statistika Komitəsindən bildiriblər.

Bundan başqa, Dövlət Statistika Komitəsindən bildiriblər ki, qaz tranziti bu ilin yanvar ayında keçən ilin yanvar ayı ilə müqayisədə 5,8% azalıb.

Komitədən həmçinin bildiriblər ki, Ukrayna neft kəmərləri ilə neft nəqli yanvar ayında 22,8% artıb, qaz ötürülməsi isə 13,4% azalıb.

Dövlət Komitəsi neft və qaz tranzitinin natural göstəricilərini qeyd etməyib.

Xəbər lenti

Xəbər lenti