...

Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının nümayəndə heyəti Gürcüstanın Müdafiə Nazirliyində hərbi əməkdaşlıq barədə müzakirələr aparıb

Dünya xəbərləri Materials 3 Mart 2007 14:54 (UTC +04:00)

Gürcüstan, Tiflis/müxbir Trend Ə.Ələsgərov/Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının nümayəndə heyəti Gürcüstanın Müdafiə Nazirliyində hərbi əməkdaşlıq barədə müzakirələr aparıb. Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, Gürcüstan Müdafiə Nazirliyində Türkiyə nümayəndə heyətinə xarici əlaqələr və logistika idarəsinin müdiri general-mayor Zəfər Çəmlicə başçılıq edib.

Nümayəndə heyəti müdafiə nazirinin müavini Aleksandr Suxitaşvili, Birləşmiş Qərargah müdiri Zazo Qoqava, Quru Qoşunlar Qüvvələrinə komandanlıq edən Aleksandr Osepaişvili, daxili logistika departamentinin müdiri Zviad Şanava və Milli Müdafiə Akademiyasının rektoru Tariel Londaridze ilə görüşüb. Görüşdə hərbi əməkdaşlıq, gələcək əməkdaşlığın plan və prioritetləri müzakirə edilib.

Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahı Gürcüstanın Müdafiə Nazirliyilə 1997-ci ildən əməkdaşlıq edir.

Görüşdə qonaqlar sərhədyanı polis rəhbərliyi ilə görüşüb, Marneulidə Türkiyənin təkmilləşdirdiyi hərbi aerodroma, həmçinin "Tbilaviamşeni" AB (Tiflis aviatikinti birliyi) və tank təmiri zavoduna baş çəkib,

Xəbər lenti

Xəbər lenti