...

Gürcüstan Qafqaz kino bazarında tədqiqatın təqdimatını keçirəcək

Dünya xəbərləri Materials 13 Mart 2007 17:30 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N.Kirüxalia/ Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyası martın 14-də saat 18:00-da Tumanişvili adına Kinoaktyorlar Teatrının foyesində kino bazarında tədqiqatın nəticələrinin təqdimatını keçirəcək. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verir.

Tədqiqatın məqsədi ictimaiyyəti kino istehsalı və Cənubi Qafqazda hazırkı vəziyyət barədə məlumatlandırmaqdır. Tədqiqat 2006-cı ildə ilk dəfə olaraq Azərbaycan, Ermənistan və Gürcüstanda aparılıb. Təqdimat mərasimində aparılan tədqiqatlar barədə materiallar olan disk və Cənubi Qafqaz miqyasında müqayisəli analizlər təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti