...

Martın sonunda Polşa prezidentinin Qazaxıstana rəsmi səfəri gözlənilir

Dünya xəbərləri Materials 20 Mart 2007 14:51 (UTC +04:00)

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Martın sonunda Polşa prezidentinin Qazaxıstana rəsmi səfəri gözlənilir.

"Polşa Qazaxıstanla energetika sahəsində əməkdaşlıqda çox maraqlıdır". Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Polşanın iqtisadiyyat naziri Eljbieta Vilçinska məlumat verib.

"Mən Polşa və Qazaxıstanın əməkdaşlıq imkanlarını yüksək qiymətləndirirəm. Bizim texniki texnologiyalarla bağlı çoxlu təkliflərimiz var. Lakin biz ən çox energetika sahəsində əməkdaşlıqda, neft və qazın alınmasında maraqlıyıq", deyə o, qeyd edib.

Polşanın iqtisadiyyat naziri həmçinin məlumat verib ki, onun Qazaxıstana səfərinin məqsədi Lex Kaçinskinin Qazaxıstana rəsmi səfərinə hazırlıqla əlaqədardır. Prezidentin səfəri cari ilin martın 28-də baş tutacaq. O, əlavə edib ki, yüksək səviyyədə müzakirə olunacaq məsələlərdən biri Odessa-Brodı-Plotsk boru kəmərinin tikintisi layihəsinin reallaşdırılması olacaq. "Əlbəttə, biz bu layihə və onun uğurlu inkişafında maraqlıyıq. Lakin layihənin reallaşdırılması üçün bir çox şeylər baş verməlidir. Bu layihə Polşa üçün vacibdir. Belə ki, layihənin həyata keçirilməsi ilə ölkəmizə çatdırılmaların diversifikasiyasına imkan yaradacaq", deyə nazir qeyd edib.

Qazaxıstan neftinin alınması ilə bağlı sualı nazir cavablandırmayıb. Əvvəllər Polşanın "Puls Biznesu" qəzeti məlumat verib ki, martın sonunda Polşa prezidenti Qazaxıstana səfərə hazırlaşır. Bu səfərdə o, ölkənin iri neft "PKN Orlen" şirkətinin Qazaxıstanda neft kəşfiyyatında iştirakı ilə bağlı "QazMunayQaz"la danışıqlarını dəstəkləyəcək. Polşanın "Rzeczpospolita" qəzeti öz növbəsində məlumat verib ki, Litvanın "Mazeikiu nafta" şirkətini idarə edən PKN Orlen konserni (Polşanın ən iri neft hasil edən şirkəti) 2007-ci ildə Xəzər regionunda neft aktivlərini əldə etməyi planlaşdırır və ən böyük ümidini keçən il ofisini açdığı Qazaxıstana bağlayır. Astanada olan Polşanın iri neft hasil edən PKN Orlen şirkətinin vitse-prezidenti Sezar Filippoviç Trend in xüsusi müxbirinə Astanaya səfərinin məqsədini açıqlamaqdan imtina edib. Bunnula belə, Odessa-Brodı-Plotsk neft kəmərinin tikintisinin nə qədər real olması ilə bağlı sualı cavablandırarkən bəyan edib ki, "Polşa prezidentinin Astanaya səfəri zamanı bu layihənin təqdimatı keçiriləcək. Təqdimatda bütün suallar cavablandıralacaq".

Bununla belə, Filippoviç qeyd edib ki, "PKN Orlen bu layihənin reallaşdırılmasına əmindir. Çünki bu marşrut həm Qazaxıstan, həm də Polşa üçün xeyirlidir. Qazaxıstan dünya bazarına daha bir çıxış yolu əldə edəcək. Biz Polşada ölkənin və Şərqi Avropanın neft qaz emalı zavodlarına zəmanətlə neft çatdırırıq".

Xəbər lenti

Xəbər lenti