...

Venesuela prezidenti Belarus Təhlükəsizlik Şurasının dövlət katibilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Dünya xəbərləri Materials 23 Mart 2007 12:32 (UTC +04:00)

Venesuela prezidenti Uqo Çaves çərşənbə günü Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Viktor Şeymanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İtar-Tass xəbər verir ki, üç saat ərzində tərəflər əvəllər imzalanmış sazişlərin icrası və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Belarusiyanın Cənubi Amerika ölkəsinin qazlaşdırılmasında iştirakı, burada Belarus traktorları, yük avtomobilləri və avtobusların yığılması üçün müəssisələrin, fosfat gübrəsi istehsal edən zavodun tikintisi məsələlərinə toxunulub.

"Prezidentlə görüşdə enerji, sənaye, texnologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər təhlil olunub",-deyə Şeyman jurnalistlərə bildirib. O, dəqiq tarix bildirməsə də, Belarus prezidenti Aleksandr Lukaşenkonun yaxın zamanlarda Venesuelaya səfər edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti