...

Paris metrosunda qarşıdurma baş verib

Dünya xəbərləri Materials 28 Mart 2007 17:02 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/Fransanın paytaxtı Parisdə adı açıqlanmayan 33 yaşlı bir sərnişinin metroya biletsiz girmək istəməsi polislə qarşı durmaya səbəb olub. Polisin güc tətbiq edərək biletsiz sərnişini nəzarət altına almasına hadisə zamanı orda olan bir qrup insan etiraz edib. Polislə qrup arasında başlayan mübahisə sonra qarşıdurmaya çevrilib.

Polisə içki şüşələri atan qrup keçmiş daxili işlər naziri Nikolas Sarkozinin əleyhinə də şüarlar səsləndirib. Bölgəyə gələn jandarm aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurmada iki polis yaralanıb, 9 nəfər isə nəzarət altına alınıb.

Polis ancaq bir saatdan sonra vəziyyəti sabitləşdirə bilib.

Xəbər lenti

Xəbər lenti