ABŞ dövlət katibinin müavini Deniel Frid bəyan edib ki, ABŞ Rusiyaya ümumi raketdən müdafiə sistemi (RMS) yaratmağı təklif edir. RBK -nın verdiyi xəbərə görə, "Vesti 24" telekanalının efirində çıxış edərkən o, ABŞ-ın Polşa və Çexiyada raketdən müdafiə sistemi yerləşdirmək barədə Rusiyanın "cavabını uğursuz" adlandırıb.
D.Frid bu sistemin Rusiya üçün təhlükəsiz olduğunu və bura döyüş başlığı ilə təchiz olunmamış hər biri 75 kq ağırlığında olan 10 balaca raketin daxil olduğunu bildirib.
ABŞ dövlət katibi müavinin sözlərinə görə, Rusiya rəhbərliyi "yaradılmış təhlükə doğurmayan raket sisteminə qarşı düzgün cavab verməyəcək". D.Frid hesab edir ki, bu cür sistem "özü-özü üçün təhlükəli olacaq".