...

İran tutulan Britaniya dənizçilərinin yeni şəkillərini dərc etdirib

Dünya xəbərləri Materials 4 Aprel 2007 14:25 (UTC +04:00)

İran hökuməti bu ölkənin dövlət sərhədini pozmaq ittihamıyla tutulan 15 Britaniya dənizçisinin yeni şəkillərini dərc etdirib. RBK -nın Sky News telekanalına istinadən verdiyi məlumata görə, şəkillərdən birinin videoyazıdan hazırlandığı görünür. Burada xalça döşənmiş otaqda oturan qara və göy idman paltarında 6 dənizçi görmək olar. Şəkildən görünür: "Britaniya dənizçiləri söhbət edir, meyvə yeyir, kofe içir və şahmat oynayırlar. Dənizçilər Fars körfəzində ağır şərtlər altında işləməkdənsə, buradakı yaxşı şəraitdən razı görünürlər".

Fey Terni hərbi xidmətçilər arasında yeganə qadındır. O da başı açıq vəziyyətdə xalça üzərində oturub. Digər şəkildə isə Britaniya dənizçilərinin necə şahmat oynadıqlarını görmək olar. Şəkillərin dərci Böyük Britaniya xarici işlər naziri Marqaret Bekkettin dənizçilərin tutulmasıyla bağlı ziddiyətin həll edilməsi axtarışında səbirli olmağa səsləyən bəyanatı ilə eyni vaxta təsadüf edib. Lakin bu, eyni zamanda böhranın tezliklə həllinin gözlənilmədiyinə işarə verir.

Xəbər lenti

Xəbər lenti