...

Ukrayna parlamentinin sədri: Ali Radanın prezidentin növbədənkənar seçkilərlə bağlı fərmanı barədə qərarı qanunidir

Dünya xəbərləri Materials 4 Aprel 2007 17:50 (UTC +04:00)

Ukrayna parlamentinin sədri Aleksandr Moroz Ali Radanın 2007-ci il 2 aprel qərarının qeyri-qanuniliyi barədə prezident Viktor Yuşenkonun bəyanatını təkzib edib. O, xalq deputatlarının növbədənkənar seçkisi barədə dövlət başçısının fərmanının qanuniliyini şübhə altında qoyur. RBK .-nın məlumatına əsasən, bu barədə Morozun şərhində deyilir. "Parlament fərmanın həyata keçməsindən əvvəl onun xarakterini müəyyən edən müvafiq qərar qəbul edib" - deyə o bildirib. Moroz hesab edir ki, siyasi vəziyyətin kəskinləşməsində seçkilərdən sonra dövlət səlahiyyətlərinin bölüşdürülməsindən narazı qalan siyasi quvvələr maraqlıdırlar və onlar həmişə mübahisə və ziddiyyət yaradırlar.

Ukrayna prezidenti bildirib ki, onun fərmanı bu il aprel ayının 2-də imzalanıb və elan edilib. Buna görə də, Yuşenkonun fikrincə, parlamentin 2 aprellə bağlı qərarı qeyri-qanunidir.

Xəbər lenti

Xəbər lenti