...

Qırğızstan: Müxalifət prezident qarşısında yeni tələb irəli sürüb və cavab üçün vaxt verib

Dünya xəbərləri Materials 5 Aprel 2007 16:26 (UTC +04:00)

Respublikanın keçmiş baş naziri, indiki Birləşmiş müxalifət cəbhəsinin başçısı Feliks Kulov Bişkekdə mətbuat konfransı keçirib. Ferqana.Ru -nın verdiyi məlumata görə, o, burada bir sıra vacib bəyanatlar verib.

"Biz konstitusiya qanunu işləyib hazırlamışıq və onu dövlət katibliyinə təqdim etmişik. Dekabr konstitusiyasını ləğv edirik, noyabra qayıdırıq və konstitusiya qanununa keçid dövrü normalarını müəyyən edirik, burada hökumət koalisiya prinsiplərinə uyğun təşkil edilib və bu konstitusiya indi qüvvədə olandan daha çox səlahiyyətə malikdir. Hökumət parlamentdə təşkil edilməlidir"- Kulov deyib.

Birləşmiş cəbhənin (BC) lideri bildirib ki, prezident ölkənin bütün siyasi qüvvələrinin nümayəndələrindən ibarət əsl koalisiya hökumətinin yaranmasına razılıq verməlidir. BC lideri nazirlər kabinetinin fəaliyyətini "koalisyon" hesab etmir. Aprelin 11-də nəzərdə tutulan mitinqdə iştirak etmək istəyənlərin sayına gəlincə, o bildirib ki, Bişkekə gəlmək istəyənlərin sayı çoxdur. "Düzünü desək, onların Bişkekə gətirilməsində bizim bəzi problemlərimiz yaranır. Biz onların təhlukəsizliyini təmin etməliyik"- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti