...

Ürəyində aparılmış əməliyyatdan sonra Gürcüstanın baş naziri ayağa qalxıb

Dünya xəbərləri Materials 23 Aprel 2007 13:00 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstanın baş naziri Zurab Noqaideli ürəyində keçirilən əməliyyatdan sonra ayağa qalxıb və artıq gəzintiyə çıxıb. Baş nazirin idarəsindən verilən məlumata əsasən, artıq şənbə günü Noqaideli reanimasiyadan adi palataya köçürülüb.

Bu, Noqaidelinin ailəsinin bir neçə gün onu reanimasiyada saxlamaq xahişinə baxmayaraq edilib. Müqəddəs Luki adına Xyuston xəstəxanasının rəhbərliyi hesab edir ki, buna ehtiyac yoxdur və baş nazirin reabilitasiyası çox sürətlə keçir. Onlar bəyan edir ki, artıq həftənin sonunda gürcü naziri klinikadan evə buraxıla bilər.

Bu gün Noqaideli beş dəqiqə ərzində klinikanın dəhlizində gəzib. Onun cərrahı Çarlz Freyzer əməliyyatın nəticələrindən razıdır.

Qeyd etmək lazımdır ki, klinikada nazirin palatasını polis mühafizə edir. Buna baxmayaraq, ziyarətçilər nazirə baş çəkməyə buraxılır.

Nazirin idarəsindən bildirildiyi kimi 10 gündən sonra o, işə çıxacaq.

Xəbər lenti

Xəbər lenti