...

Gürcüstan HQ Baş Qərargahı: Gürcüstan Rusiya tərəfinə bazaların maneəsiz çıxarılması üçün istənilən köməyi göstərməyə hazırdır

Dünya xəbərləri Materials 1 May 2007 18:35 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Gürcüstan Hərbi qüvvələri baş qərargah rəisinin müavini Vladimir Çaçabiya bu gün Müdafiə Nazirliyində Qafqazdakı rus hərbi qüvvələri qrupunun komandanı Andrey Polovu qəbul edib. Gürcüstanın Müdafiə nazirliyindən KAVKAZ-PRESS-ə verilən məlumata görə, görüşdə rus hərbi bazalarının Gürcüstan ərazisindən çıxarılması prosesi müzakirə olunub.

Tərəflər həmçinin Rusiya bazalarının çıxarılma şərtlərini də müzakirə ediblər. Bu ilin sonuna kimi Axalkalaki hərbi bazasından texnikanın çıxarılması bu ilin sonuna qədər yekunlaşmalıdır. Hazırda həmin istiqamətdən texnika eşelonlarla Ermənistandakı Gümrü bazasına daşınır. Mayın 15-dən isə Texnika Gürcüstandan dəmiryol eşelonları ilə daşınmağa başlayacaq.

Çaçabiya bəyan edib ki: "Gürcüstan Rusiya tərəfinə bazaların maneəsiz çıxarılması prosesini təmin etmək üçün istənilən köməyi göstərməyə hazırdır".

Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması prosesi 2008-ci ilin sonunda yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti