...

Estoniya prezidenti Tbilisi Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb

Dünya xəbərləri Materials 8 May 2007 17:23 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Estoniya prezidenti Toomas Hendrik İlves İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) fəxri doktoru adına layiq görülüb. Bu adı ona bu gün Tbilisidə TDU-nun rektoru Giorgi Xubua təqdim edib.

"Gürcüstan müstəqilliyə doğru yolda böyük məsafə qət edib və bu yolda bir çox gənclər həlak olub. Lakin onların davamçıları ölkənin inkişafına xidmət etməlidirlər və buna görə də mən buradayam", deyə İlves TDU-nun tələbələrinə bildirib.

Estoniya lideri TDU-ya gəlməzdən əvvəl ərazi bütövlüyü uğrunda həlak olmuşların memorial abidəsini ziyarət edib. O, memoriala əklil qoyub və həlak olanların xatirəsi önündə baş əyib.

Xəbər lenti

Xəbər lenti