...

Gürcüstanda 3 kq heroin müsadirə olunub

Dünya xəbərləri Materials 15 May 2007 10:55 (UTC +04:00)

Gürücstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcü polisi narkotika alverçilərindən 3 kiloqramdan çox heroin müsadirə edib. Gürcüstan Daxili İşlər Nazirliyinin Konstitusiya Təhlükəsizliyi Departamenti sədrinin müavini Soso Topuridzenin bildirdiyinə görə, narkotikləri sərhəddən Türkiyə vətəndaşı Kırçiçək Səlcuk və Gürcüstan vətəndaşı Fridon Devrişidze keçirməyə cəhd göstərib.

Topuridze qeyd edib ki, keçirilən xüsusi əməliyyatlar nəticəsində iki qruplaşmanın nümayəndələri həbs olunub.

Topuridzenin sözlərinə görə, müsadirə olunan heroinin qiyməti 500 000 dollardır. Bu miqdarda heroin 90 min adama bəs edərdi.

Xəbər lenti

Xəbər lenti