...

Gürcüstanın Poti və Batumi limanlarında ABŞ radioaktiv maddələrin aşkar olunması üzrə detektorlar quraşdırır

Dünya xəbərləri Materials 15 May 2007 13:24 (UTC +04:00)

C,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstan sərhədçiləri Batumi və Poti limanlarında radiasiya və radioaktiv maddələrin aşkar olunması üzrə detektorların installyasiyası prosedurunu başa çatdırır. Gürcüstanın sərhəd polisindən Trend in xüsusi müxbirinə verilən məlumata əsasən, detektorlar limanlarda sərhəd-keçid məntəqələrində quraşdırılır, bu da radioaktiv maddələri aşkar etməyə imkan verəcək.

Detektorların quraşdırılması üçün mayın 9-da quraşdırılma prosesinə rəhbərlik edən ABŞ-ın Energetika Nazirliyindən nümayəndə heyəti gəlib. Amerika nümayəndə heyətinə "İkinci müdafiə xətti" proqramının meneceri Erik Deşler başçılıq edir.

Limanda detektorlara xidmət göstərilməsi üçün artıq Gürcüstan sərhədçilərindən ibarət qrup hazırlanıb. Qrup adıçəkilən Amerika proqramı üzrə xüsusi kurs keçib. Detektorlar ilkin təsdiq olunma üçün aylıq kursdan sonra rəsmən istismara veriləcək.

Xəbər lenti

Xəbər lenti