"İki il əvvəl Cənubi Qafqaza etdiyim səfərdən bəri Ermənistanın qonşu ölkələrlə münasibətlərində irəliləyiş görmürəm". Bu sözləri Yerevana regional səfər çərçivəsində gələn AŞPA sədri Rene van der Linden burada keçirdiyi brifinqdə deyib. (Arminfo)
Ermənistanın Gürcüstanla münasibətlərini normal, hətta yaxşı kimi dəyərləndirdiyini deyən Van der Linden respublikanın Azərbaycan və Türkiyə ilə əlaqələrində dəyişikliklərin baş vermədiyini vurğulayıb. "Bununla yanaşı deyə bilmərəm ki, hazırda Ermənistanla Azərbaycan arasındakı əlaqələr necədir. Bu, Azərbaycana səfərimdən sonra bilinəcək. Ancaq məndə nikbinlik o qədər də yoxdur" - deyə AŞPA sədri qeyd edib.