...

Fransa qondarma "erməni soyqırımı" haqqında qanunun qəbuluna görə "haqq ödəyəcək"

Dünya xəbərləri Materials 19 Dekabr 2011 14:28 (UTC +04:00)
Fransa qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinə dair qanun qəbul edərsə, onda gələcəkdə buna görə böyük qiymət ödəməli olacaq.
Fransa qondarma "erməni soyqırımı" haqqında qanunun qəbuluna görə "haqq ödəyəcək"

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Tağıyeva/

Fransa qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinə dair qanun qəbul edərsə, onda gələcəkdə buna görə böyük qiymət ödəməli olacaq. Bunu Türkiyə Parlamentinin spikeri Cəmil Çiçək bəyan edib. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" yazır.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.

Xəbər lenti

Xəbər lenti