...

Salyan rayonunda yol qəzası baş verib, ölən var

Hadisə Materials 5 İyul 2015 08:08 (UTC +04:00)
Salyan rayonunda yol qəzası baş verib, ölən var.
Salyan rayonunda yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Salyan rayonunda yol qəzası baş verib, ölən var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Salyan rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 38-ci kilometrliyində "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Xəbər lenti

Xəbər lenti