...

İstanbulda zərərçəkənlər arasında AZAL sərnişini yoxdur

Siyasət Materials 29 İyun 2016 00:20 (UTC +04:00)

Bakı. Trend:

İstanbulun Atatürk hava limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşları yoxdur.

Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

O əlavə edib: "Terror hadisəsi baş verənədək bizim sərnişinlərin qeydiyyatı başa çatıb və onlar AZAL-ın heyəti ilə birgə gözləmə zalında olublar. Buna görə də hadisə zonasında olmadıqları üçün sərnişinlərimiz arasında zərərçəkən olmayıb. Onlar hazırda da gözləmə zalındadırlar".

Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti