...

Komitə sədri: Ailə Strategiyası artıq hazırdır

Siyasət Materials 24 Oktyabr 2016 14:57 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işlənilmiş Ailə Strategiyası artıq hazırdır.
Komitə sədri: Ailə Strategiyası artıq hazırdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işlənmiş Ailə Strategiyası artıq hazırdır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin Avropa Parlament Forumu ilə birgə keçirdiyi ana və uşaq ölümləri mövzusuna həsr olunan "dəyirmi masa"da çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub.

H.Hüseynova əlavə edib ki, bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü qanunvericlik bazası formalaşdırılıb: “Biz bir çox məsələlərdə mjüxtəlif təcrübələri öyrənirik. Amma bizə də çox müraciətlər edilir ki, Azərbaycanın təcrübəsi bir çox ölkələrdə öyrənilsin. Bizə hətta beynəlxalq təşkilatlar da müraciət edirlər ki, onların nümayəndələri Azərbaycana gələrək təcrübəmizi öyrənsinlər. Ən vacibi odur ki, icra strukturları, qanunvericilik qolları, məhkəmə sistemi arasında çox güclü əməkdaşlıq qurulsun. Bizim də gücümüz ondadır ki, Azərbaycanda bu 3 struktur bir-biri ilə çox yaxşı əməkdaşlıq edir. Çünki qanun nə qədər mükəmməl hazırlansa da, o, işlək olmasa, heç bir faydası olmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti