...

Prezident İlham Əliyev texnika və mədəniyyət sahələrində bir qrup şəxsi mükafatlandırıb

Siyasət Materials 27 May 2024 16:04 (UTC +04:00)
Prezident İlham Əliyev texnika və mədəniyyət sahələrində bir qrup şəxsi mükafatlandırıb

Bakı. Trend:

Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Texnika sahəsi üzrə

Vaqif Məcid oğlu Fərzəliyev – “Xüsusi təyinatlı sürtkü yağlarının

Həqiqət Əliəşrəf qızı Cavadova yaradılması və istehsalının təşkili”

Əfsun Rəzzaq oğlu Sucayev kompleks elmi-texniki işinə görə

Mədəniyyət sahəsi üzrə

Mehriban Zaur qızı Ələkbərzadə – Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti