Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Azad Həsənov/
"Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində özünü göstərə bilər. Biz çalışacağıq ki, bu azalma insanların sosial durumuna, onların pensiyalarına, əmanətlərinə təsir etməsin". Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin üzvü Vahid Əhmədov bildirib.
Deputatın sözlərinə görə, müsbət cəhət ondan ibarətdir ki, Azərbaycan ixracının təxminən 92%-ni neft və neft məhsulları təşkil edir: "Biz qeyri-neft məhsullarını ixrac edə bilmirik ki, bunun maya dəyərində çox ciddi problem var. Buna görə də biz manatın məzənnəsini müəyyən qədər aşağı salmaqla məhsulların ixrac potensialını yüksəldə bilərik".
Manatın ucuzlaşmasının mənfi tərəfinə toxunan V. Əhmədov qeyd edib ki, ciddi devalvasiya insanların sosial şəraitinin pisləşməsinə və bazarda qiymətlərin bahalaşmasına təsir edə bilər.
"Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində özünü göstərə bilər"
"Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində özünü göstərə bilər. Biz çalışacağıq ki, bu azalma insanların sosial durumuna, onların pensiyalarına, əmanətlərinə təsir etməsin”.