Bakı. İlhamə İsabalayeva - Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Azərbaycan ailəsi" adlı film festivalının peşəkar səviyyədə və geniş miqyasda keçirilməsini təmin etmək üçün müsabiqə elan edir.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmləri, sosial çarxlar, televiziya verilişləri və fotolar oktyabrın 1-dək Təşkilat komitəsinə təqdim oluna bilər.
2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan ailəsi" adlı film festivalının əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir.
2014-cü ildən etibarən festival çərçivəsində "Həyatdan şəkilə" adlı foto müsabiqəsi də həyata keçirilir.