Ərəb ölkələrinə səyahət etmək hər zaman uşaqlıq arzularımdan olub. Qışın gəlişi ilə Günəşin üzünü bizdən gizlətdiyi bir vaxtda ona yaxın olmaq və hərarətin daha yüksək olduğu bir ölkəyə üz tutmaq ürəyimdən keçdi.
İnternetdə kiçik araşdırma cəhdlərim qışı yaya çevirməyin heç də əlçatmaz olmadığını bir daha mənə işarət etdi. Qarşıma çıxan təkliflər arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daha cəlbedici görünürdü.
BƏƏ səhraları və orda olan müxtəlif istirahət güşələri səhra mədəniyyəti ilə tanış olmaq arzumu daha da gücləndirirdi. İnternetdə çıxan təkliflər arasında Ras əl Xaima (Ras Al Khaimah) əmirliyi digərlərindən fərqli görüntüləri və maraqlı təklifləri ilə diqqətimi özünə çəkməyi bacardı.
Artıq bu əmirliyi kəşf etmək barədə fikrimi qətiləşdirmək üçün internetdə ora necə getməyin yollarını nəzərdən keçirdim. Çıxan təkliflər sırasında dünyanın 5 ulduzlu hava yolları şirkəti "Qatar Airways" üstünlük təşkil etdi.
Şirkətin Bakı nümayəndəliyi ilə qısa telefon danışığından sonra üstün təkliflər və güzəşt imkanları seçimimi bu hava yolları üzərində etməyimə məni daha da həvəsləndirdi. "Qatar Airways"in güləriz heyəti, təyyarədə vaxtın maraqlı keçməsi üçün yaradılmış şərait və təklif olunan dadlı qida növləri seçimimin əslində düzgün olduğunu sübut etdi.
"Qatar Airways" ilə keçirdiyim bir neçə saatlıq xoş uçuş vaxtı gedəcəyim istiqamətdə maraqlı səyahətin məni gözlədiyinə olan əminlik hissimi bir az da artırdı. Artıq Ras əl Xaima hava limanına çatanda çöldəki havanın isti hərarəti qışı yaya çevirmək cəhdimin ilk mərhələsinin uğurlu olduğunu göstərdi.
Yalnız bir terminaldan ibarət olan Ras əl Xaima Əmirliyinin hava limanı sadə keçid prosedurları ilə ölkəyə daxil olan turistləri yormur. Hava limanın girişində İngilis dillində danışmağı bacaran imiqrant taksi sürücüləri getmək istədiyiniz istiqamətə sizi daha rahatlıqla apara bilir.
Hər tərəfdən qumsallıqla əhatələnən rahat asfalt yollar Ras əl Xaima əmirliyinin turistlərə cəlbedici olmasını təmin etmək üçün böyük işlər gördüyünü nümayiş etdirirdi. Sürücü qalacağım otelin səhranın tam ortasında - şəhər mərkəzindən təxminən 20-25 km uzaqlıqda yerləşdiyini bildirəndə tam istədiyim yerə gəldiyimə əmin olmaqda tərədüdüd etməyə başladım. Amma seçimimidə yanılmamışdım.
Səhranın ortasında – “Banyan Tree Al Wadi” otel kompleksi mənim bir neçə gün keçirmək üçün seçdiyim məkan idi.
Ardı növbəti yazıda…
Zəka Qulu