...

FIFA: Qətər "DÇ 2022"-yə ev sahibliyi etmək üçün rüşvət verib

İdman Materials 9 Dekabr 2014 12:20 (UTC +04:00)
Qətər nümayəndələri 2022-ci il futbol üzrə dünya çempionatının keçirilməsi hüququnu əldə etmək üçün afrikalı məmurlara rüşvət veriblər.
FIFA: Qətər "DÇ 2022"-yə ev sahibliyi etmək üçün rüşvət verib

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Qətər nümayəndələri 2022-ci il futbol üzrə dünya çempionatının keçirilməsi hüququnu əldə etmək üçün afrikalı məmurlara rüşvət veriblər. Bunu FIFA-nın məruzəçisi Fədra əl-Məcid bəyan edib. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "France Football"a istinadən məlumat yayıb.

Xanım Fədranın sözlərinə görə, o, 2010-cu ildə Afrika Futbol Kondeferasiyası konqresinin qurultayı zamanı rüşvətin verilməsində iştirak edib. Əl-Məcidin bəyanatına görə, rüşvətin məbləği 1,5 milyard dollar olub.

Bir müddət əvvəl bildirilmişdi ki, FIFA İcraiyyə Komitəsinin üç üzvü - ispan Anxel Mariya Vilyar Liona, belçikalı Mişel D`Oqe və Tailand nümayəndəsi Voravi Makudi 2018-ci və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi üzrə işlə bağlı aparılan təhqiqatla əlaqədar istintaqa cəlb olunub. Onlar seçkilərin gedişində FIFA-nın etika məcəlləsini pozmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, noyabrda FIFA Etika Komitəsinin Hüquq şöbəsinin yekun hesabatını dərc edib. Hesabat 2018-ci və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi üçün Rusiya və Qətərin seçilməsi üzrə keçirilən səsvermə prosedurunda pozuntu aşkar etməyib.

Bununla belə təşkilatın Etika Komitəsinin İstintaq şöbəsinin rəhbəri Maykl Qarsiya komitənin qərarından şikayət etmək niyyətindədir. Təhqiqat aparan M.Qarsiyanın fikrincə, hesabatda bir sıra qeyri-dəqiqliklər var.

Xatırladaq ki, DÇ-2018 Rusiyada, DÇ-2022 isə Qətərdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti