...

Azərbaycan yayda Bakı-Tbilisi-Qars üçün Stadler vaqonlarının birinci partiyasını alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2016 16:27 (UTC +04:00)
Bakı-Tbilisi-Qars magistral dəmir yolunun ekspluatasiyası üçün 2016-cı ilin yayında Azərbaycana Stadler Rail Group şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək.
Azərbaycan yayda Bakı-Tbilisi-Qars üçün Stadler vaqonlarının birinci partiyasını alacaq

Bakı. Trend:

Bakı-Tbilisi-Qars magistral dəmir yolunun ekspluatasiyası üçün 2016-cı ilin yayında Azərbaycana Stadler Rail Group şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, bu vaqonların istehsalına ötən ilin sentyabrından başlanılıb: "Stadler şirkəti ilə müqaviləyə əsasən, Bakı-Tbilisi-Qars magistral dəmir yolunun ekspluatasiyası üçün cəmi 30 vaqon istehsal olunacaq. Tikinti işləri uğurla aparılır və 10 vaqondan ibarət ilk partiya bu ilin iyul-avqust aylarında Bakıya gətiriləcək".

Azərbaycan Bakı-Tbilisi-Qars üçün yataq tipli 30 sərnişin vaqonu sifariş edib. Vaqonlar 4 kateqoriyada istehsal olunur: "standart", "komfort", "biznes" və "restoran". Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 yerlik olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti