...

Komitə sədri: Həcc ziyarətinə moda xətrinə getmək olmaz

Nəzər nöqtəsi Materials 28 Noyabr 2016 11:05 (UTC +04:00)
“Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir”.
Komitə sədri: Həcc ziyarətinə moda xətrinə getmək olmaz

Bakı. Elçin Mehdiyev – Trend:

“Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir”.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, həcc ziyarətinə getmək üçün mənəvi, psixoloji, fiziki, maddi baxımdan hazır olmalısan:

“Bəziləri həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra ona cəmiyyətdə hacı desinlər. Dinə gəlirsinizsə, düz-əməlli gəlin”.

Mübariz Qurbanlıdan "Şeyxülislam" mükafatına münasibət

Mübariz Qurbanlıdan "Şeyxülislam" mükafatına münasibət

Komitə sədri bildirib ki, dində etdiyin əməli gözə soxmaq olmaz:

“Bu, böyük günahdır. Bəziləri az qala hamıya deyir ki, oruc tuturam, namaz qılıram. Sən bir müsəlman kimi bunları etməlisən. Bunu niyə hamıya deyirsən? Bəziləri isə məsciddən çıxıb dinə zidd hərəkətlər edirlər. Bu yolverilməzdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti