Bakı. Elçin Mehdiyev – Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin sədri Mübariz Qurbanlı dini mövzuda yazan jurnalistlər üçün “Şeyxülislam” mükafatının yaradılması məsələsinə münasibət bildirib.
Trend-in məlumatına görə, M.Qurbanlı qeyd edib ki, din bizim mənəviyyatımızdır: "Mən bu mükafatın yaradılmasının əleyhinə çıxan adamları başa düşə bilmirəm. Əgər jurnalist dini mövzuda mükəmməl bir yazı yazırsa və bu yazıya görə mükafatlandırılırsa, bunun nəyi pisdir? Burada nə qəbahət var? Müxtəlif mövzularda yazanları mükafatlandırmaq olar, amma dini mövzuda yazanları yox?”
Qeyd edək ki, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "Milli mənəvi dəyərlər və KİV" mövzusunda təlimlərin açılışında dini mövzuda yazan jurnalistlər üçün “Şeyxülislam” mükafatının yaradılmasının nəzərdə tutulduğunu deyib.