...

Komitə sədri: Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsi hazırlanmalıdır

Nəzər nöqtəsi Materials 28 Noyabr 2016 12:18 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsinin hazırlanması və irəli sürülməsi təkcə qanunvericilik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Əli Hüseynli “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib.

Ə.Hüseynli qeyd edib ki, beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı xüsusi qanun layihəsinin hazırlanması aktualdır. Onun sözlərinə görə, Azərbaycan dövləti Xocalı soyqırımının araşdırılması üçün hüquqi müstəvidə çox ciddi addımlar atıb.

Komitə sədrinin sözlərinə görə, Hərbi Prokurorluq Xocalı faciəsi ilə bağlı cox ciddi araşdırmalar aparır və demək olar ki, hər il bu hadisə ilə bağlı yeni məlumatlar əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti