...

Avropa Oyunları zamanı Bakı Metropoliteninin iş qrafiki ilə bağlı son açıqlama

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 16:59 (UTC +04:00)
Bakı Metropoliteni Avropa Oyunları zamanı iş qrafikinin necə olacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Avropa Oyunları zamanı Bakı Metropoliteninin iş qrafiki ilə bağlı son açıqlama

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı Metropoliteni Avropa Oyunları zamanı iş qrafikinin necə olacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Bununla bağlı Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, Avropa Oyunları zamanı Bakı Metropolitenin bütün sutka ərzində işləyəcəyi barədə yayılan xəbərlər həqiqətəuyğun deyil: "Avropa Oyunlarının açılış və bağlanış günləri, yəni iyunun 12-də və 28-də Metropoliten səhər saat 06:00-dan gecə saat 03:00-dək fəaliyyət göstərəcək.

Məqsədimiz açılış və bağlanış mərasimlərində iştirak edən tamaşaçıları mənzil başına çatdırmaqdır. Lakin Bakı Olimpiya Stadionunda insanların sayının çoxluğu nəzərə alınaraq, ehtiyac duyulduğu təqdirdə bu vaxt gecə saat 04:00-05:00-a kimi də artırıla bilər. Digər günlərdə isə metro səhər saat 6-dan gecə saat 1-ə kimi işləyəcək. Ola bilər ki, ciddi ehtiyac duyulduğu təqdirdə həmin günlərdə də bu vaxt uzadıla bilər".

O, həmçinin qeyd edib ki, Avropa Oyunlarının açılış və bağlanış günləri biletləri olan tamaşaçılar və akkreditasiyadan keçmiş şəxslər, digər günlərdə isə yalnız akkreditasiyadan keçmiş şəxslər metronun xidmətindən pulsuz istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti