...

Türkiyə mediası “Bakı-2015” Avropa Oyunlarının açılış mərasimini geniş işıqlandırıb

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 10:20 (UTC +04:00)
Türkiyə mediasında “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimi geniş işıqlandırılıb.
Türkiyə mediası “Bakı-2015” Avropa Oyunlarının açılış mərasimini geniş işıqlandırıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Türkiyə mediasında "Bakı-2015" ilk Avropa Oyunlarının açılış mərasimi geniş işıqlandırılıb. Trend-in məlumatına görə, NTV Spor kanalı Avropa Oyunlarının açılış mərasimini canlı olaraq türkiyəli tamaşaçılara çatdırıb. Kanalın rəsmi internet səhifəsində "Bakıda tarixi açılış" başlıqlı məqalə dərc olunub.

Qardaş ölkə ərazisində rəsmi yayımçı olan kanal həmçinin yarışlar və gündəlik icmalları təqdim edəcək.

Haberler.com portalında "Bakıda Avropa Oyunları üçün görkəmli açılış mərasimi" başlıqlı ətraflı yazı dərc olunub. Məqalədə 68 minlik möhtəşəm Bakı Olimpiya Stadionunda gerçəkləşən açılış şousu ilə bütün dünyanın heyrətləndiyi qeyd olunur.

Haberturk.com saytında "Bakıda Avropa Oyunları coşqusu" sərlövhəli geniş məqalə yerləşdirilib. 15 ölkə başçısı və ümumilikdə 40-a yaxın yüksək dövlət rəsmisinin iştirak etdiyi mərasimdə Azərbaycanla yanaşı, Avropa dəyərlərini də əks etdirən kompozisiyaların nümayiş olunduğu xüsusilə vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti