...

Katrin Uqvu: Acılış mərasimində Ledi Qaqanın iştirakını çətinliklə sirr saxladıq

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 11:51 (UTC +04:00)
I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə məşğul olan təxminən 350 nəfərdən ibarət komanda var. Bundan başqa, bu işə təxminən 2000 könüllü dəstək verir.
Katrin Uqvu: Acılış mərasimində Ledi Qaqanın iştirakını çətinliklə sirr saxladıq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı 13 İyun / Trend, müxbir İlhamə İsabalayeva/

I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə məşğul olan təxminən 350 nəfərdən ibarət komanda var. Bundan başqa, bu işə təxminən 2000 könüllü dəstək verir.

Trend-in məlumatına görə, bunu Avropa Oyunları Әmaliyyatlar Komitəsinin Mərasimlər üzrə direktoru Katrin Uqvu I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib: "Bunlardan əlavə, 40-dan çox ölkədən gələrək burada iştirak ediblər. Onlardan bir çoxu əvvəllər digər olimpiya oyunlarında iştirak ediblər".

K.Uqvu bildirib ki, acılış mərasimində Ledi Qaqanın iştirakını böyük çətinliklə bir sirr kimi saxlaya biliblər: "Biz düşündük ki, bunun bu mərasimdə bir sürpriz formasında çatdırılması daha maraqlı olar. Әslində, bunu qapalı saxlamaq çətin idi. Biz Ledi Qaqa ilə çox sıx əməkdaşlıq etdik ki, o, bunu sirr kimi saxlasın. O, bir neçə gün ərzində hoteldə oldu və özünü göstərməmək üçün hoteldə qaldı. Mən bu işin baş tutmasına kömək edən hər bir kəsə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti