...

Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazandı (FOTO, VİDEO)

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 19:16 (UTC +04:00)
Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan komandasına ilk medalı təmsilçimiz Elman Muxtarov qazandırıb.
Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazandı (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlkin İzzət /

Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan komandasına ilk medalı təmsilçimiz Elman Muxtarov qazandırıb.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yunan-Roma güləşçilərinin yarışında 59 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşisi Elman Muxtarov 3-cü yer uğrunda mübarizədə Ermənistan təmsilçisi Roman Amoyanla qarşılaşıb.

Pəhləvanımız erməniyə heç bir şans verməyib. İlk hissəni 6:1 hesabı ilə öz xeyrinə başa vuran Elman bu üstünlüyünü görüşün sonunadək qoruya bilib. Nəticədə düşmən ölkə təmsilçisinə 9:1 hesabı ilə vaxtından əvvəl tam qələbə ilə qalib gələn E.Muxtarov I Avropa Oyunlarının bürünc mükafatçısı olub.

59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (Gürcüstan) 5:3
1/4 final - Elman Muxtarov - Stig-Andre Berg (Norveç) 7:6
1/2 final - Elman Muxtarov - Stepan Maryanyan (Rusiya) 3:11
Bürünc medal görüşü - Roman Amoyan (Ermənistan) - Elman Muxtarov 1:9

Qedy edək ki, 59 kq çəki dərəcəsində yarışların qızıl medalını Rusiya, gümüş medalı isə Belarus təmsilçisi qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti