...

Saymon Kleq: Azərbaycan idmançıları artıq keçirilmiş yarışlarda böyük uğurlar qazanıblar (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 10:49 (UTC +04:00)
Azərbaycan idmançıları I Avropa Oyunlarında artıq keçirilmiş yarışlarda böyük uğurlar qazanıblar.
Saymon Kleq: Azərbaycan idmançıları artıq keçirilmiş yarışlarda böyük uğurlar qazanıblar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Yelena Kosolapova/

Azərbaycan idmançıları I Avropa Oyunlarında artıq keçirilmiş yarışlarda böyük uğurlar qazanıblar. Trend-in məlumatına görə, bunu Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında deyib.

S. Kleq bildirib: "Biz buna çox şadıq. Bu, çox vacib komponentdir".

Onun sözlərinə əsasən, keçirilmiş yarışlarda azarkeşlərin sayı çox yüksək olub: "Bütün yarışlarda yerlərin 90 faizindən çoxu tutulmuşdu".

S. Kleq vurğulayıb ki, biletlər fəal satılmağa davam edir: "I Avropa Oyunlarının bağlanış mərasimində bütün biletlərin satılmasını planlaşdırırıq. Bildiyiniz kimi açılış mərasimində bütün biletlər satılmışdı. Yarışlara gəlincə, idmanın bəzi növləri azarkeşlər arasında çox populyar, digər növləri isə az populyardır. Məsələn, restinql yarışına bilet tapmaq çox çətindir. Etiraf etməliyik ki, Azərbaycanda idman tədbirlərinə gəlmək mədəniyyətinin çox da böyük tarixi yoxdur. Təbii ki, idmanın bəzi növləri istisna təşkil edir. Lakin biz biletlərin satış siyasətindən razıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti