Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Maksim Tsurkov/
Belçika azarkeşləri Bakıda I Avropa Oyunlarının təşkilat işlərinə heyran olublar. Bu barədə Trend-ə belçikalı azarkeş Ariann Loren deyib.
O, Bakıda birinci dəfə olduğunu bildirib: "Rəfiqəmlə Belçikadan gəlmişik. Mən Brüsseldənəm, o Kortreykadan. Şəhərin gözəlliyi, sakinləri, onların səmimiyyəti və qonaqpərvərliyi və əlbəttə ki, Oyunların təşkili bizi heyran edib. Hər şey çox gözəl təşkil olunub. Milli Gimnastika Arenası mükəmməldir. Belçikada belə arenalarımız olsaydı, idmançılarımız əla nəticələr göstərərdilər".
A.Loren qeyd edib ki, I Avropa Oyunlarının açılış mərasimini televizordan izləyiblər: "Əla şou alındı. Mən Londonda Olimpiadanın açılış mərasimində olmuşam, lakin sizin mərasim daha yaxşı idi".