...

I Avropa Oyunlarında dalaşan güləşçilər diskvalifikasiya edildi (ƏLAVƏ OLUNUB) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 14:48 (UTC +04:00)
Bakı-2015 birinci Avropa Oyunlarında Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş üzrə yarışlarda dava düşüb.
I Avropa Oyunlarında dalaşan güləşçilər diskvalifikasiya edildi (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər 13:30-da yayılıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-2015 birinci Avropa Oyunlarında Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş üzrə yarışlarda dava düşüb.

Trend xəbər verir ki, 57 kq çəki dərəcəsində yarımfinal mərhələsində qarşılaşan Gürcüstan təmsilçisi Vladimir Xvinçeqaşvili və Belarus təmsilçisi Vladislav Andreyev arasında dava düşüb. Görüşün ortasında bir-birinə kəllə və yumruq atan idmançıları hakim və məşqçilər ayırıblar.

Bundan sonra mübarizə saxlanılıb. Münsiflərin qərarı ilə hər iki idmançı diskvalifikasiya edilərək yarışlardan uzaqlaşdırılıblar. Hər iki tərəfin etirazlarına baxmayaraq, onların etirazı qəbul edilməyib və güləşçilər zalı tərk etməyə məcbur olublar.

XXX

Kişilər arasında sərbəst güləş üzrə görüşdə iki idmançı yarışdan kənarlaşdırılıb.

Trend-in məlumatına görə, hakimlərin qərarına əsasən, hər iki idmançı diskvalifikasiyaya məruz qalıb və onların 1/4 finalda məğlub etdikləri güləşçilər - Marsel Evatla (Almaniya) İslam İslamay (Albaniya) yarımfinal görüşünə çıxıblar.

Burada qalib gələn idmançı rusiyalı Lebedevlə qızıl medal uğrunda üz-üzə gələcək

Qeyd edək ki, 57 kq çəki dərəcəsində belaruslu Vladislav Andreyevlə gürcüstanlı Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar əsəblərinə hakim ola bilməyiblər. Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona şillə vurub. Belaruslu pəhləvan da buna qarşılıq verincə, iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb.

Bu hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı döşəkdən kənarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti