...

Güləşçilərimizdan ardıcıl 3-cü medal

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 21:12 (UTC +04:00)
Sərbəst güləşçilərimiz bu gün Azərbaycana daha bir bürünc medal qazandırıblar.
Güləşçilərimizdan ardıcıl 3-cü medal

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/

Sərbəst güləşçilərimiz bu gün Azərbaycana daha bir bürünc medal qazandırıblar.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının son günü Azərbaycan idmançıları növbəti bürünc medalı qazanıblar.

Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən dünya üçüncüsü Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Soslan Qaqloyevlə qarşılaşıb.

Rəqibindan daha üstün olan Cəmaləddin Məhəmmədov görüşdən 7:2 hesabı ilə qalib ayrılıb və Avropa Oyunlarının bürünc medalını əldə edib.

Bununla da güləşçilərimizin bu gün qazandıqları medalların sayı 3-ə, ümumilikdə isə 15-ə çatıb.

125 kq
1/16 final - Jonas Rudaviçius (Litva) - Cəmaləddin Məhəmmədov 0:10
1/8 final - Taha Akgül (Türkiyə) - Cəmaləddin Məhəmmədov 5:2
Təsəlliverici görüş - Cəmaləddin Məhəmmədov - Robert Baran (Polşa) 11:0
Bürünc medal görüşü - Soslan Qaqloev (Slovakiya) - Cəmaləddin Məhəmmədov 2:7

Xatırladaq ki, bu gün döşək üzərinə çıxan digər 3 güləşçimiz - Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (86 kq) da 3-cü yer uğrunda yarışmaq hüququ əldə ediblər. Onlardan Hacı Əliyev və Ruslan Dibirhacıyev Avropa Oyunlarının bürünc medalını qazanıblar.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Sərbəst güləşçilərimiz ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə edib. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüb.

Xəbər lenti

Xəbər lenti