...

Rusiyalı məşqçi: Azərbaycan I Avropa Oyunlarını çox yüksək təşkil edib

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 15:15 (UTC +04:00)
Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edə bilib.
Rusiyalı məşqçi: Azərbaycan I Avropa Oyunlarını çox yüksək təşkil edib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edə bilib. Bu barədə Trend-ə Rusiyanın üzgüçülük üzrə milli komandasının məşqçisi Vladimir Avdeyev deyib.

O bildirib ki, atletlər üçün yaşayış şəraiti, qidalanma, nəqliyyat - hər şey ən yüksək səviyyədə təşkil olunub: "Hər şeydən razıyıq. Hətta təşkilati işlərə heyran qalmışıq. Bilirsiniz ki, Rusiya medal hesabına görə birinci yerdədir və medallarının sayını artırmağa davam edir. Ötən il Avropa birinciliyində 22 qızıl medal qazanmışdıq. Bu il daha yaxşı nəticə göstərmək niyyətindəyik. Gənclərdən ibarət heyətimiz iyunun 23-ü çıxış edəcək. Hovuz əladır, hər şey yüksək səviyyədədir".

Rusiyalı məşqçi, həmçinin Azərbaycan paytaxtı ilə bağlı təəssüratlarını bölüşüb: "Dünən axşam şəhərdə gəzdik, hər şey əladır. Özüm birinci dəfədir Bakıdayam, ancaq hələ Sovet dövründə paytaxtınızda olan komanda üzvlərimiz şəhərinizin gözəlliyinə heyran qalıblar. Bakının daha da gözəlləşdiyini deyirlər. Hər şey xoşumuza gəlir. Təşəkkür edirik!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti