...

"Bakı - Avropa Oyunları 2015" adlı tammetrajlı sənədli film çəkilir

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 16:05 (UTC +04:00)
12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilən I Avropa Oyunları haqqında Rusiya kinematoqrafçılarının iştirakı ilə "Bakı - Avropa Oyunları 2015" adlı tammetrajlı sənədli film çəkilir.
"Bakı - Avropa Oyunları 2015" adlı tammetrajlı sənədli film çəkilir

Azərbaycan, Bakı, 23 iyun /Trend/

12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilən I Avropa Oyunları haqqında Rusiya kinematoqrafçılarının iştirakı ilə "Bakı - Avropa Oyunları 2015" adlı tammetrajlı sənədli film çəkilir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizdə yüksək səviyyədə təşkil olunan ilk Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik milli idman növlərinin yaranma tarixindən, inkişafından, xalqımızın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək.

Nazirliyin "Dublyaj" studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenko idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər.

Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov, Aleksandr Koçubeydir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti