...

Avropa Oyunları Əməliyyat Komitəsi: "Bakıda yol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib"

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 14:53 (UTC +04:00)
"FiveCurrents" dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş vermişyol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib".
Avropa Oyunları Əməliyyat Komitəsi: "Bakıda yol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib"

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"FiveCurrents" dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş vermişyol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib". Bu barədə Trend-ə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Komandanın həmin üzvü Bakı-2015 mərasimlərinin təşkili ilə məşğul olan "FiveCurrents" şirkətində müqavilə əsasında çalışan Böyük Britaniya vətəndaşıdır.

Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərilib. Sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.

Əməliyyat Komitəsinin məlumatında deyilir: "Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinə, Azərbaycan Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı səfirliyinə öz minnətdarlığımızı bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti