...

Eyup Gözgeç: Avropa Oyunlarında boks yarışlarındakı ciddi hakim səhvlərini AIBA-da gündəmə gətirəcəyəm

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 20:33 (UTC +04:00)
Türkiyə Boks Federasiyası Avropa Oyunlarında boks yarışlarında Türkiyənin bəzi təmsilçilərinə qarşı hakimlər tərəfindən edilən haqsızlıqlarla bağlı AIBA-ya şikayət edəcək.
Eyup Gözgeç: Avropa Oyunlarında boks yarışlarındakı ciddi hakim səhvlərini AIBA-da gündəmə gətirəcəyəm

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

Türkiyə Boks Federasiyası Avropa Oyunlarında boks yarışlarında Türkiyənin bəzi təmsilçilərinə qarşı hakimlər tərəfindən edilən haqsızlıqlarla bağlı AIBA-ya şikayət edəcək.

Bunu Trend-ə açıqlamasında Türkiyə Boks Federasiyasının prezidenti Eyup Gözgeç deyib.

Onun sözlərinə görə, Avropa Oyunlarının boks yarışlarına qatılan Türkiyə idmançılarından 9-u ¼ finaladək irəliləmək gücündə olduğu halda, onlardan yalnız ikisi yarımfinala adlayıb. Yarımfinalçıların isə heç biri finala çıxa bilməyib və bürünc medalla kifayətlənməli olublar.

Ona görə də Türkiyə komandasının çıxısını əla olmasa da, yaxşı səviyyədə dəyərləndirən federasiya başçısı bununla yanaşı, yarışlarda Türkiyənin bəzi təmsilçilərinə qarşı hakimlər tərəfindən haqsızlıq edildiyi fikrindədir: "Bütün idman növlərində olduğu kimi, burada da belə səhvlər olur. Ona görə də 2-3 boksçumuz hakimlərin böyük səhvi ucbatından yarışlardan kənarda qaldı. Bu, elə-belə səhv deyil, böyük səhvlərdir. Mən, həmçinin AIBA İdarə Heyətinin üzvüyəm. Bu məsələni növbəti toplantıda ciddi şəkildə gündəmə gətirəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti