...

Gümüş medal qazanmış paracüdoçumuz: Mən də istərdim ki, himnimiz çalınsın

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 23:19 (UTC +04:00)
Ayağımın bağları dartınıb
Gümüş medal qazanmış paracüdoçumuz: Mən də istərdim ki, himnimiz çalınsın

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlkin İzzət/

Ayağımın bağları dartınıb. Çiynimdə çıxıq var. Burdan birbaşa xəstəxanaya gedəcəm.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycana Avropa Oyunlarında gümüş medal qazanmış paracüdoçumuz Səbinə Abdullayeva deyib.

Onun sözlərinə görə, yarışda ilk görüşündə tez qələbə qazansa da, ciddi zədə alıb: "Dizimdəki ağrıya baxmayaraq, çalışdım ki, yarımfinalda qızıla doğru daha da irəliləyim. Qalib gəldim və zədəm bir az da artdı. Finalda rəqibi udurdum. Dizimdəki zədə psixologiyama təsir etdi. Mən də istərdim ki, himnimiz çalınsın. Amma buna da şükür".

S. Abdullayeva qeyd edib ki, bundan sonra növbəti yarışlara daha da ciddi hazırlaşacaq.

Qeyd edək ki, Avropa Oyunlarında 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yalnız final görüşündə ukraynalı İnna Çernyaka məğlub olaraq gümüş medala layiq görülüb.

Xəbər lenti

Xəbər lenti